"Hər iki Joaonun da icarə əsasında deyil, qalıcı olaraq komandada qalmasını istəyirəm".

İqtisadiyyat.az xəbər verir ki, bunu İspaniya mətbuatına açıqlamasında "Barselona" klubunun prezidenti Laporta  Joao Feliks və Joao Kanselo haqqında danışarkən deyib.

"Menecerləri "Atletiko Madrid" və "Mançester Siti"dən onları necə alacağımızı bizə başa saldılar. Hər iki Joaonun icarə əsasında deyil də, qalıcı olaraq komandanın bir parçası olmasını istəyirik. Görək işlər necə irəliləyəcək. Sonda bütün azarkeşlərin xoşbəxt olacağını hiss edirəm".