"Barselona" "Mançester Yunayted"in müdafiəçisi Dioqu Dalotla maraqlanır.

İqtisadiyyat.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu yayda portuqaliyalını azad agent kimi heyətinə cəlb etmək istəyir. "Mançester Yunayted" isə 23 yaşlı oyunçu ilə 5 illik yeni müqavilə imzalamaq niyyətindədir.

Dalot bu mövsüm "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.