"Barselona" maaş fondunu azaltmaq fikrindədir. 

İqtisadiyyat.az xəbər verir ki, ötən mövsümün əvvəlində klub maaşlara 656 milyon avro, hazırda isə 530 milyon avro xərcləyir. 

Serji Buskets və Xordi Albanın, hətta Xerard Pike ilə Memfis Depayın gedişindən sonra xərclərdə azalma olub. 

Klub rəhbərliyi gələn mövsümün əvvəlinə qədər maaşlara ödədiyi məbləği 450-470 milyona endirməyi planlaşdırır. 

Bu səbəbdən komandada icarə əsasında çıxış edən Kleman Lanqle, Samuel Umtiti, Serjinyo Dest, Aleks Kolyado və Qustavo Mayyaya ödənilən xərclərdən 50 milyon avroluq kəsir olacaq. 

Həmçinin qadın futboluna, basketbol, həndbol və futzal komandalarına ayrılan büdcədən 90 milyon avro kəsiləcək.