"Barselona" əvəzedici komandanın oyunçuları üçün yemək hazırlayan üçüncü şirkətin xidmətlərini ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Bildirilib ki, "Barselona Atletik"in oyunçuları məşqdən sonra La Masiada səhər yeməyi və ya nahar üçün qala bilirdilər. Lakin indi bunu etmək qeyri-mümkün olacaq. Çünki ağır iqtisadi vəziyyətə görə "Barselona" bu praktikadan imtina etmək qərarına gəlib. Klub hesab edir ki, bu, əsassız xərclərdir, çünki bütün oyunçular yemək üçün qalmırdılar.

Qeyd edək ki, "Barselona" öz xərclərini azaltmaq üçün gənclər akademiyasının tələbələrinə xidmət göstərən taksilərdən imtina etmək qərarına gəlmişdi.