"Barselona" klubu heyətinə yeni futbolçu cəlb edib.

İqtisadiyyat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"dən ayrılan 32 yaşlı alman futbolçu İlkay Gündoğanı transfer edib. 

Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Klub İlkay Gündoğanın sərbəst qalma məbləğini 400 milyon avro təyin edib.