Baltikyanı ölkələr Polşanın Rusiya və Belarusla sərhədlərin möhkəmləndirilməsi layihəsinə – "Şərq Qalxanı"na qoşula bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk Brüssel və Lüksemburq səfərindən qayıdarkən Varşavada jurnalistlərə bildirib.

"Şərq sərhəddində bizim "Şərq Qalxanı" təşəbbüsümüzə yaxın günlərdə digər ölkələr, o cümlədən Baltikyanı ölkələr də qoşulacaq", - Tusk deyib.

O əlavə edib ki, Polşanın sözügedən təşəbbüsü Avropa İttifaqının da dəstəyini alacaq.