Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.

Dövlət başçısının bununla bağlı imzaladığı sərəncamıa Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Şahin Babayev – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri

Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.