Bakıdan Qəbələyə ilk qatar gələn ilin ilk 5 ayından sonra istifadəyə veriləcək.

İqtisadiyyat.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.

C. Qurbanovun sözlərinə görə artıq gələn yaydan etibarən Bakıdan Qəbələyə qatar vasitəsilə getmək mümkün olacaq: "45 km-lik yolun artıq yarısı çəkilib, bu ilin sonuna qədər isə torpaq yataqlarının hazırlanmasının başa çatacağını hesab edirəm. Bundan sonra isə gələn yaydan etibarən Bakıdan Qəbələyə qatar vasitəsilə getmək mümkün olacaq. Orta sürətin 80-100 km/saat hədlərində olduğunu düşünsək, 2,5-3 saata Bakıdan Qəbələyə rahat vaqonlar vasitəsilə çatmaq olacaq".