Bakıda yeraltı keçiddə fotoçəkilişlərin qadağan olunmasını əks etdirən lövhə sökülüb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd edək ki, qadağanedici lövhə paytaxtın Neftçilər prospektindəki (Kukla Teatrının qarşısında) yeraltı keçiddə yerləşdirilmişdi. Belə ki, keçiddəki məlumatverici lövhədə velosiped və skuter sürməklə yanaşı, fotoçəkilişlərin aparılmasının qadağan olunması da yer almışdı.

Ötən gün Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli İqtisadiyyat.az-a açıqlamasında sözügedən nişanların sökülməsi ilə bağlı tapşırıq verildiyini söyləyib.