Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin açılış mərasimi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, açılış mərasimi iştirakçı ölkələrin və hakimlərin paradı ilə başlayıb. Sonra gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev çıxış edərək yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıblar. Azərbaycan himni səsləndikdən sonra federasiya rəhbəri yarışı açıq elan edib.

Qeyd edək ki, bu gün start götürən turnir aprelin 1-də başa çatacaq. 100-dən artıq boksçu 14 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcək.