“Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi”
mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
İqtisadiyyat.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə təşkil edilib. 

Konfransda ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri və xarici ölkələrin peşəkar audit və mühasibatlıq qurumlarının rəhbər şəxsləri iştirak edir.