Bakıda bəzi gözəllik salonlarında xidmətlər bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, yeni ildən başlayaraq bir çox sahələr üzrə qiymətlərdə artım müşahidə olunur. Belə sahələrdən biri də gözəllik salonlarıdır.

Belə ki, salon işçiləri istifadə etdikləri məhsulların bahalaşması fonunda xidmət haqqında artım etdiklərini bildirirlər.

Həmçinin bəzi gözəllik salonlarının icarə haqqı da artırılıb və bu da xidmətlərdə qiymət artımına təsir göstərməkdədir.

Gözəllik salonlarında çalışanların sözlərinə görə, icarə haqqının artırılmasının xidmət haqqına təsiri qaçılmazdır. İcarə haqqının artırılmasının konkret səbəbləri isə məlum deyil. Çünki obyekti icarəyə götürən şəxs istifadə olunan kommunal xərclərə görə ödənişi və vergini özü ödəyir.

Qeyd edək ki, bahalaşma əsasən paytaxtın mərkəzi ərazilərində fəaliyyət göstərən gözəllik salonlarını əhatə edir.

Gülşən Şərif