Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, üç xüsusi ümumi orta məktəb və beş əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və beş Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb. 

BŞTİ-nin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur. Eyni zamanda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.