"FourFourTwo" nəşri dünyanın ən yaxşı 100 stadionunun siyahısını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, cədvəldə Azərbaycandan Bakı Olim Olimpiya Stadionu (BOS) da yer alıb. İdman qurğusu 41-ci sırada yer alıb.

BOS 2015-ci ildə istifadəyə verilib. Arenanın tutumu 69, 870 nəfərdir.

Dünyanın ən yaxşı stadionu isə "Boka Xuniors"un ev oyunlarını keçirdiyi "La Bombonera" seçilib.