Bu ilin yanvar-iyun aylarında Bakıda metro vasitəsilə 113,2 milyon nəfər sərnişin daşınıb.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1% çoxdur.

Qeyd edək ki, ilin birinci yarısında Azərbaycanda nəqliyyatçılar ümumilildə 967,4 milyon sərnişinə xidmət göstərib.