İyul ayından başlayaraq Çinin Sian limanından Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb.

Azərbaycan Dəmir Yollarından İqtisadiyyat.az-a bildirilib ki, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir.

Müvafiq razılaşmaya əsasən, blok qatarlar gündə bir dəfə olmaqla, Sian-Bakı maşrutu ilə yola salınacaq.