Qırmızı dəniz gərginliyi son 6 ayda konteyner qiymətlərini 120% artıraraq 5,868 dollara yüksəldib.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, Husilərin İsrail gəmilərinə hücumları səbəbindən gəmilər "Ümid" burnuna doğru hərəkət etdikcə Qırmızı dənizdə konteyner daşımaları demək olar ki, dayanıb.

Eyni zamanda, dünya konteyner indeksi (WCI) iyulun 4-də başa çatan həftədə 10% dəyər qazanıb.

Gəmilərin Cənubi Afrika ətrafında "Ümid" burnuna istiqamət dəyişdirməsi nəticəsində onların səyahət vaxtları 10-14 gün uzanıb. "Ümid" burnundan keçən ümumi kommersiya gəmilərinin tranziti isə 125% artıb.

 

Gözəl Həşimova