Bakı Fond Birjasında 2023-cü ilin -yanvar - mart ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 milyard 292 milyon 563 min manat təşkil edib. Ötən ilin eyni dövründə əməliyyatların həcmi 5 milyard 101 milyon 621 min manat təşkil etmişdi.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birjanın yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət qiymətli kağızlar bazarının ilkin bazarı üzrə 70% azalma qeydə alınıb. 

Vurğulanıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızaları təkrar bazarı üzrə ticarət həcmində 64%, korporativ qiymətli kağızların üzrə isə 30% artım qeydə alınıb. 

bfb_dovriyye.jpgbfb_2022-1.png