1-ci Divizionda çempion olaraq Premyer Liqaya vəsiqəni təmin edən "Araz-Naxçıvan" klubununun "Şamaxı"nın futbolçusu Bahadur Həziyevi transfer etmək istəməsinə futbolçu aydınlıq gətirib.

Bu haqda İqtisadiyyat.az-a açıqlama verən Bahadur Həziyev kluba rəsmi təklifin olmadığını bildirib.

"Rəsmi bir şey yoxur. "Şamaxı" klubu ilə müqaviləm var. Başqa kluba keçməyim "Şamaxı" klubunun vəziyyətindən asılıdır. Klub Premyer Liqada qalarsa, yəqin ki, mən də qalacam. 1-ci Divizona düşərsə başqa klubla danışıq aparmaq olar".

Qeyd edək ki, "Şamaxı" 2022/2023 mövsümündə sonuncu yeri tutub. Yaxın günlərdə klubun Premyer Liqada qalıb-qalmayacağı bilinəcək.