Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Kosmik Agentlik ("Azərkosmos") “Azersky” peykinin sığortalanması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 9-u, saat 13:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 19-u, saat 13:00-a qədər agentliyin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 20-də, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq.