Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Samux rayonunda keçiriləcək.

Bu barədə İqtisadiyyat.az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq #mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samuxda görüşü təşkil olunacaq.

Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “Səyyar #qəbul otağı” mayın 3-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək