Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının qapıçısı Eldar Tağızadənin yeni klubu məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, o, İspaniyanın aşağı liqa təmsilçisi olan “Luqo” ilə müqavilə imzalayıb. Bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib. Qeyd olunub ki, Eldar tağızadə artıq əsas komanda ilə məşqlərə başlayıb.

Futbolçu özü də yeni komandası ilə bağlı paylaşım edib: “Luqo” ilə anlaşdığımı, bu komandanın bir parçası olacağımı elan etdiyim üçün xoşbəxtəm. Bu fürsətdən istifadə edib, komandam üçün çox çalışacam”.

Tağızadə son olaraq “Klermon”un ikinci heyətinin qapısını qoruyurdu.