Azərbaycan idmançıları II MDB oyunlarını 62 medalla başa vurublar.

İqtisadiyyat.az xəbər verir ki, bu gün, yarışın son günündə karateçilərimiz Roman Heydərov və Abbas Dadaşov qızıl medallara, qadın güləşçilərimiz Yasəmən Məcidli və Birgül Soltanova isə bürüncə sahib olublar.

Komandalar arasında ümumi hesabda 4-cü olan yığmamız 10 qızıl, 17 gümüş və 35 bürünc medal əldə edib.