Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko İtaliyada beynəlxalq turnirdə qızıl medal qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, o, İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidenti Paolo De Aloyanın xatirəsinə həsr edilən reqatada bir nəfərlik akademik qayıqda 2000 metr məsafəyə final yürüşündə finiş xəttinə birinci çatıb.

Diana ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki1,05 saniyə geridə qoyub.