Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın yüksək liqasının vacib oyununa təyinat alıb.

İqtisadiyyat.az xəbər verir ki, o, fevralın 11-də Superliqanın 22-ci turunda keçiriləcək PAOK - AEK matçını idarə edəcək.

Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək Yunanıstanlı referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Azərbaycanın daha bir FİFA referisi Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimi olacaq.

PAOK 50 xalla liderdir. AEK isə 48 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Əliyar Ağayev buna qədər də Yunanıstan Superliqasının bir neçə vacib qarşılaşmasına təyinat alıb