FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İqtisadiyyat.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasının baş hakimi Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Martın 9-da keçiriləcək oyun saat 21:45-də başlayacaq.