Azərbaycanlı FIFA hakimləri 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.

İqtisadiyyat.az AFFA-nın saytına istinadən Elçin Məsiyev və köməkçisi Pərvin Talıbov martın 22-dən 28-dək Polşada təşkil ediləcək 6-cı qrupun oyunlarında iştirak edəcəklər.

6-cı qrupda İsrail, Polşa, Serbiya və Latviya komandaları mübarizə aparacaq.