SSRİ, Belarus və Rusiya yığmalarının Azərbaycan əsilli keçmiş sərbəst güləşçisi Vüqar Orucovun oğlu Vüqar Orucov ABŞ çempionu olub.

İqtisadiyyat.az xəbər verir ki, 61 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan 24 yaşlı idmançı sentyabrda Serbiyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, Vüqar Orucov Barselona-1992 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, 2 qat dünya və Avropa çempionudur.