Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. 27 yaşlı idmançı bütün rəqiblərini qabaqlayaraq qızıl medala əldə edib.

Qeyd edək ki, yarışda Selcan Mahsudova (batut gimnastikası), Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) də mübarizə aparıb. İdmançılar 7-8 iyulda Portuqaliyanın Koimbra şəhərindəki Dünya Kubokunda da çıxış edəcəklər.