"Neftçi” PFK futbolçu Ramin Nəsirlini icarəyə verib. Anlaşmaya əsasən, “Neftçi”nin yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi bu ilin sonunadək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb 

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, U-21 milli komandamızın üzvüdür.