Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında 2-ci tur oyununa çıxıb. Komanda “Kukesi”nin qonağı olub və 4:0 hesabı ilə qalib gəlib.

İqtisadiyyat.az xəbər verir ki, “Eqnatiya”nın 4-cü qolunu 58-ci dəqiqədə Vüsal İsgəndərli vurub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Bu, Vüsalın Albaniya çempionatında ilk qoludur. 27 yaşlı hücumçu “Biliş”lə yoxlama görüşündə də fərqlənmişdi.

Qeyd edək ki, “Eqnatiya” 3 xalla 10 komandanın mübarizə apardığı yarışda 4-cü, xalsız “Kukesi” sonuncu pillədədir