Nazim Umbayev Ərəb ölkələrinin çempionatında ədalət təmsilçiləri arasında yer alıb

İqtisadiyyat.az xəbər verir ki, 3-4 mart tarixlərində Qatarın paytaxtı Doha şəhərində keçirilən cüdo üzrə Ərəb ölkələrinin çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Nazim Umbayev yarışda kişilər arasında -81 kq. çəki dərəcəsində final görüşünü, -73 kq. çəkidə və -100 kq. çəkidə bürünc medal uğrunda görüşləri idarə edib.