Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib. Finala gedən yolda Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, 66 kq çəkidə Şəhla Allahverdiyeva fransalı Fatia Benmessahellə üz-üzə gəlib. Həlledici döyüşə rəqib yüksəldiyindən təmsilçimiz bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışın qalibləri bu gün bəlli olacaq.