Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində atletimiz Ravin Alməmmədov (73 kq) 3 medal qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, O, birdən qaldırmada 136 kq, təkanla qaldırmada 167 kq nəticə ilə gümüş medallara sahib olub. İdmançımız toplam 303 kq (136+167) nəticə göstərərək yekun sıralamada da ikinci yerə layiq görülüb.

Yeniyetmə idmançımız bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kq-ı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.