Azərbaycan ilə Ukrayna arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 208,7 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 287,6 milyon dollar və ya 58% azdır.

Hesabat dövründə Azərbaycandan Ukraynaya 53,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Ukraynadan idxalının dəyəri isə 155,1 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsi 496,3 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova