Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi bu ilin yanvar-iyun aylarında 2 milyard 164 milyon 562 min dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 592,2 milyon dollar və ya 37,6% çoxdur.

Hesabat dövründə ölkədən Rusiyaya ixrac 621 milyon 134 min dollar təşkil edib. Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 1 milyard 543 milyon 427 min dollar olub.

Əlavə edək ki, hesabat dövründə Azərbaycan ən çox Rusiyadan mal idxal edib.

 

Gözəl Həşimova