Azərbaycan ilə Gürcüstan arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 612,8 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 87,1 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 528,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 84,3 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsi 525,7 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova