Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 190,2 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 67,4% azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 170,7 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 19,5 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova