İyunun 11-də Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında Avropa çempionatının komanda yarışları keçirilib. Azərbaycan komandası 30 yaşa qədər kişilər arasında birinci yeri tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Bildirilib ki, Azərbaycan yığması ilk görüşdə və yarımfinalda Fransa komandalarını məğlub edərək finala yüksəlib. Finalda Azərbaycan yığması Belçikaya 3:1 hesabı ilə qalib gələrək çempionatın kubokunu və qızıl medallarını qazanıb.

İdmançılarımız fərdi yarışlarda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə edib.