Azərbaycan ilə Ukrayna arasında bu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 247 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 274,6 milyon dollar və ya 52,6 % azdır.

Hesabat dövründə Azərbaycandan Ukraynaya 75,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 171 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 521,7 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova