21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, milli “Azersun Arena”da bundan əvvəl iki matçda da uduzan Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Matç qonaqların 0-1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi ilk oyununda səfərdə serbiyalı həmyaşıdlarına 2-0 hesabı ilə məğlub olmuşdu