Bu ilin yanvar-aprel aylarında Azərbaycan Portuqaliyaya 117,4 milyon dollar dəyərində 190,1 min ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-cü ilin eyni dövrünə nisbətən dəyər baxımından 54,5 milyon dollar və ya 86,6% çoxdur.

Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 122,6 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova