Azərbaycanın daha bir paracüdoçusu Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə finala yüksəlib.

İqtisadiyyat.az-ın məlumatına görə, qadınların yarışında Xanım Hüseynova (70 kq, J2) bu raundadək bütün rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, 30 yaşlı idmançı Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Daha əvvəl İlham Zəkiyev də həlledici görüşə vəsiqəni təmin edib. Ötən gün (73 kq J2) Namiq Abaslı qızıl medal qazanıb.