Bu gün Azərbaycanın daha üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, Gültəkin Şirinova (53 kq) 1/4 final mərhələsində Mariya Ferone (İtaliya) ilə, Jalə Əliyeva (57 kq) təsnifatda Aleksandr Xomenetslə (Ukrayna), Birgül Soltanova (65 kq) təsnifat mərhələsində Gergana Stoyanova (Bolqarıstan) ilə üz-üzə gələcək.

Bu gün Elnurə Məmmədova (55 kq) bürünc medal uğrunda Mihaela Samoillə (Moldova), Nigar Mirzəzadə (68 kq) təsəlliverici qarşılaşmada Karolina Kozlovskayla (Polşa) güləşəcək.