Bu ilin yanvar-aprel aylarında Azərbaycana 59,6 milyon ABŞ dolları dəyərində 266,6 min ton buğda idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 52%, həcmi isə 34,8 % azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,09%-nə bərabər olub.


Gözəl Həşimova