Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionu olub.

İqtisadiyyat.az xəbər verir ki, yığma tarixi nailiyyətə Andorrada təşkil edilən yarışda imza atıb.

Qızlar "C" divizionunun final oyununda Andorraya 57:45 hesabı ilə qalib gəliblər. Azərbaycanın U-16 komandası heç bir görüşdə uduzmadan Avropa çempionu olub.