Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 18 milyard ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.

Cari ilin 8 ayı ərzində Azərbaycanın Aİ ölkələrinə ixracı 15,9 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 5,6% azdır. Hesabat dövründə Azərbaycanın Aİ ölkələrindən idxalı 2 milyard dollar dəyərində olub. Bu da illik müqayisədə 648,1 milyon dollar çoxdur.

 

Gözəl Həşimova