Bakıda keçirilən Dünya Kubokunda Azərbaycanı təmsil edən dörd şahmatçı növbəti mərhələyə adlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Nicat Abbasov, Rauf Məmmədov, Abdulla Qədimbəyli və Qədir Hüseynov öz rəqiblərinə qalib gələrək yarışların 3-cü mərhələsinə keçiblər.

Növbəti mərhələnin görüşləri sabah baş tutacaq.