Tbilisi Böyük Dəbilqə turnirinin sonuncu günündə Azərbaycanın 2 cüdoçusu tatamiyə çıxacaq

İqtisadiyyat.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində Böyük Dəbilqə turnirinin sonuncu yarış günü keçirilir. 

26 martda 2 çəki dərəcəsində 2 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Kişilərin yarışında -90 kq. çəki dərəcəsində Vüqar Talıbov və +100 kq. çəki dərəcəsində Camal Qamzatxanov güclərini sınayacaq.