Ötən ay Azərbaycandan Gürcüstana 1,75 mln. dollar pul köçürülüb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 6,7% artıb.

Aprel ayında Gürcüstandan Azərbaycana isə 1,14 mln. dollar köçürülüb ki, bu da aylıq müqayisədə 26,7% çoxdur.

Ötən ay qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 137,1 mln. dollar pul daxil olub. Bu göstərici illik müqayisədə 12,6 mln. dollar və ya 10,1%çoxdur.